Eurasia Təhsil Mərkəzi Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası yanında ümumi məşvərətçi statusu olan Beynəlxalq Avrasia Mətbuat Fondunun (BAMF) himayəsi altında yaradılıb. Beynəlxalq Avrasia Mətbuat Fondu BMT-nin əsas prioritetlərdən biri hər kəs üçün hərtərəfli və keyfiyyətli təhsilin təmin edilməsinin təşviqi olan davamlı inkişaf məqsədlərinin təşviqi və həyata keçirilməsində geniş və üstün təcrübəyə malikdir.
Eurasia Təhsil Mərkəzi təhsil təcrübəsini artırmaq üçün unikal resurslar təklif edir. Bütün müəllimlər geniş yerli və beynəlxalq tədris səviyyəsinə malikdirlər. Dərslər fərdi və ya kiçik qrupda xüsusi olaraq müxtəlif yaş kateqoriyaları və müxtəlif səviyyələr üçün hazırlanmış proqramlarla tədris olunur. Kursun müddəti tələbələrin bilik səviyyəsinə, onların tərəqqisinə və dil səviyyəsinin arzuolunaqn səviyyəsinə görə dəyişir.
Eurasia Təhsil Mərkəzi dünyanın bir sıra aparıcı təhsil müəssisəsi ilə əməkdaşlıq edir və xaricdə təhsil almaq üçün müxtəlif variantlar təklif edir.
Mərkəz həmçinin ayrı-ayrı sektorlardan tanınmış ekspertlərlə müxtəlif qlobal məsələlərin açıq müzakirəsi üçün platforma yaratmaq üçün mühazirələr, təlimlər və seminarlar keçirir.
Eurasia Təhsil Mərkəzi bütün lazımi müasir avadanlıqla təchiz olunmuş rahat məkanda yerləşən geniş təhsil mərkəzidir.
Kursun sonunda sertifikatlar verilir.