(+99412) 436-85-41

"Avrasiya" Təhsil Mərkəzi Moskvada Maliyyə universiteti ilə əməkdaşlığı genişləndirir

"Avrasiya" Təhsil Mərkəzi Moskvada Maliyyə universiteti ilə əməkdaşlığı genişləndirir

2017-ci il noyabrın 28-30 tarixində Rusiya Federasiyası Hökuməti yanında Maliyyə universitetində “Bizi gələcəkdə nə gözləyir” adlı IV Beynəlxalq İqtisadi Forum keçirilidi. Forumda “Avrasiya”Təhsil Mərkəzi də təmsil olunmuşdu.

Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinə səfər çərçivəsində “Avrasiya”Təhsil Mərkəzinin icraçı direktoru Anastasiya Lavrina universitetin rektoru Eskindarov M.A və prorektor Bryuxoveçko S.B ilə görüş keçirib.

“Avrasiya” Təhsil Mərkəzi və Maliyyə Universiteti arasında əməkdaşlığa dair rəsmi anlaşma imzalanıb. Bu müqavilə iki institut arasında təhsil sahəsində əməkdaşlığı genişləndirəcək. Eyni zamanda, iki ölkənin, Azərbaycan və Rusiyanın gənc nəslinin qarşısında yeni üfiqlər açacaq.

Maliyyə universiteti Rusiyanın ən qədim ali təhsil ocaqlarınlarından biridir. Universitetdə gələcəyin iqtisadçıları, maliyyəçiləri, maliyyə hüququ üzrə hüquqşünaslar, riyaziyyatçılar, İT mütəxəssislər, sosioloq və politoloqlar yetişir. Gələn il universitet yaranmasının 100 illiyini qeyd edəcək.

Maliyyə Universiteti ölkənin aparıcı ali məktəblərindən biridir. Burada tələbələr 12 istiqamətdə bakalavr (28 ixtisas üzrə), 11 istiqamətdə magistr (50-dən çox magistr proqramı), orta ixtisas təhsilinin 9 əsas təhsil proqramı eləcə də, 10 MBA proqramı və 108 hazırlığa qədər və mütəxəssislərin peşəkarlığının artırılması üzrə hazırlıqlar keçirilir.  

Universitet həmçinin, əməkdaşlıq etdiyi xarici universitetlərdə ikinci dərəcənin alınması üçün proqramlar təklif edir.

Universitet haqqında daha ətraflı məlumat almaq və orada təhsi almaq imkanlarını öyrənmək üçün bizimlə əlaqə saxlayın. 

01.12.2017
  •